“Duyğular müsbətdir”.
Corner.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev ölkə kubokunun finalında “Neftçi” üzərində qazanılan qələbədən sonra deyib.
Onun sözlərinə görə, komandası final oyununa qədər iddialı olduğunu sübuta yetirdi: “İçimdə bir hiss vardı ki, futbolçular titul qazanmaq üçün ən yaxşısını edəcəklər. Bu gün şans bizim tərəfimizdə idi, biz də qələbə qazandıq”.
Baxşıyevin fikrincə, mövsüm ərzində komandası eniş yaşasa da, sonda toparlana bilib: “Mövsümü titulla dəyərləndirməzdim. Müəyyən zaman enişdə olsaq da, komanda ruhunu saxladıq. Komandam qəhrəmandır. Bəzi futbolçularımıza təkliflər var ki, bu da normaldır. İnanıram ki, rəhbərlik onlarla danışıqlar aparacaq, ortaq məxrəcə gələ biləcək”.
Qeyd edək ki, “Neftçi”ni 1:0 hesabı ilə məğlub edən “Qəbələ” tarixində ikinci dəfə Azərbaycan kubokuna sahib çıxıb.