26 oktyabr 2024. Şənbə

Atletika üzrə Azərbaycan çempionatında rekord nəticə


  • Offside
  • 13:22 04.06.2023
  • Oxunma sayı: 115
Atletika üzrə Azərbaycan çempionatında rekord nəticə

Atletika üzrə 94-cü Azərbaycan çempionatının 2-ci günü rekord nəticələrlə yadda qalıb.       

                                                                            

Corner.az xəbər verir ki, uzunluğa tullanma yarışında Nazim Babayev 8 metr nəticə ilə ölkə çempionu adını qazanıb. Bununla da Nazim Babayev Azərbaycan atletika tarixində 8 m həddinə çatan 2-ci idmançı olub.



Qeyd edək ki, burada rekord 1978-ci ildə 8.03 m göstəricisinə nail olan Vladimir Çepelyova  məxsusdur. Kəsgin Abbazsadə 7.83 m nəticə ilə ölkə çempionatında 2-ci yeri tutub. Bu göstərici ilə Abbaszadə U 20 və U 23 Azərbaycan rekordununa sahib çıxıb. Kəsgin bu yaş kateqoriyalarında Vladimir Çepelyovun 1975-ci ilə aid 48 illik rekordunu yeniləyib.







Offside