26 oktyabr 2024. Şənbə

"Qarabağ"ın daha iki legioneri milliyə çağırıldı


  • Offside
  • 15:27 04.06.2023
  • Oxunma sayı: 108
"Qarabağ"ın daha iki legioneri milliyə çağırıldı

"Qarabağ"ın daha iki legioneri ölkələrinin milli komandalarına çağırılıblar.


Corner.az xəbər verir ki,  Luka Quqeşaşvili Avro-2024-ün seçmə mərhələsində iyunun 17-də Kipr, 20-də isə Şotlandiya ilə qarşılaşmalar üçün Gürcüstan millisinə dəvət edilib.


Leandro Andrade isə iyunun 12-də Mərakeş, 18-də isə Burkina Faso ilə oyunlar üçün Kabo-Verde millisinə çağırılıb.


Qeyd edək ki, bundan əvvəl Marko Veşoviç və Marko Yankoviç Monteneqro millisinin Avro-2024-ün seçmə mərhələsində iyunun 17-də Macarıstan ilə, iyunun 20-də isə Çex Respublikası ilə yoldaşlıq oyununa dəvət alıblar.







Offside