- Offside
- 00:39 08.12.2023
"Qarabağ"ın daha iki legioneri ölkələrinin milli komandalarına
çağırılıblar.
Corner.az xəbər verir
ki, Luka Quqeşaşvili Avro-2024-ün seçmə mərhələsində iyunun 17-də Kipr,
20-də isə Şotlandiya ilə qarşılaşmalar üçün Gürcüstan millisinə dəvət edilib.
Leandro Andrade isə
iyunun 12-də Mərakeş, 18-də isə Burkina Faso ilə oyunlar üçün Kabo-Verde
millisinə çağırılıb.
Qeyd edək ki, bundan
əvvəl Marko Veşoviç və Marko Yankoviç Monteneqro millisinin Avro-2024-ün seçmə
mərhələsində iyunun 17-də Macarıstan ilə, iyunun 20-də isə Çex Respublikası ilə
yoldaşlıq oyununa dəvət alıblar.