- Offside
- 22:48 26.11.2024
Futbol üzrə Argentina
çempionatının 19-cu turu çərçivəsində Buenos-Ayresdə baş tutan, "Ruver
Pleyt" ilə "Defensa və Xustisiya" arasında keçirilən matç faciə
səbəbindən yarımçıq qalıb.
Corner.az
"DSports Radio"ya istinadən xəbər verir ki, oyunun ilk yarısında
tribunadan yıxılan azarkeşin öldüyü barədə məlumatlandıran referi görüşü
dayandırıb.
15 metrlik hüdürlükdən
düşdüyü və həmin anda həyatını itirdiyi üzə çıxan tərəfdarı heç kimin
itələmədiyi bildirilib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, qarşılaşmanın
qalan 64 dəqiqəsinin nə vaxt oynanılacağı indilik bəlli deyil.