27 noyabr 2024. Çərşənbə

Azərbaycan millisi Bakıdakı DÇ-ni medalsız başa vurdu


  • Offside
  • 16:24 04.06.2023
  • Oxunma sayı: 93
Azərbaycan millisi Bakıdakı DÇ-ni medalsız başa vurdu

Azərbaycan taekvondoçuları Bakıda təşkil olunan dünya çempionatını medalsız başa vurub.

Corner.az xəbər verir ki, mundialın son günündə iki təmsilçimiz dayanq üzərinə çıxıb. Azərbaycan millisinin heyətində Həmidrza Bədriəliabadi çempionata qələbə ilə başlayıb. O, 1/16 finalda Nouhum Diavaranı (Mali) 2:1 hesabı ilə məğlub edib. Taekvondoçumuz ikinci qarşılaşmasında fransalı Omar El Yazidini yensə də, 1/4 finalda türkiyəli rəqibi ilə bacarmayıb.

 Digər yığma üzvü Səmərrux Osmanova 1/16 finalda Mariella Bou Habib (Livan) ilə üz-üzə gəlib. 1:2 hesabı ilə uduzan təmsilçimiz yarışla vidalaşıb.

 Beləliklə, DÇ-də 13 nəfərlik heyətlə iştirak edən millimiz yarışı medalsız başa vurub.

 Qeyd edək ki, dünya çempionatına 145 ölkədən 949 taekvondoçu qatılıb.







Offside