26 oktyabr 2024. Şənbə

Mbappe gələcəyi ilə bağlı qərarını açıqladı


  • Offside
  • 17:15 04.06.2023
  • Oxunma sayı: 136
Mbappe gələcəyi ilə bağlı qərarını açıqladı

PSJ-nin hücumçusu Kilian Mbappe gələcəyi haqda danışıb.


Corner.az AS-a istinadən xəbər verir ki, fransalı oyunçu deyib: “Bəli, mən Parisdə qalıram. Daha bir il müqaviləm var və klub yaxşılaşmaq üçün əlindən gələni edir. Buna görə də qalmaqdan çox xoşbəxt olacağam".


Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsi gələn ilin yayında başa çatır. O, 2022/23 mövsümündə Fransa çempionatında 34 oyunda 29 qol vuraraq bombardir olub.







Offside