26 oktyabr 2024. Şənbə

Millimiz Bakıdakı DÇ-ni medalsız başa vurdu


  • Offside
  • 21:23 04.06.2023
  • Oxunma sayı: 91
Millimiz Bakıdakı DÇ-ni medalsız başa vurdu

Azərbaycan taekvondoçuları Bakıda təşkil olunan dünya çempionatını medalsız başa vurub.


Corner.az xəbər verir ki, bu gün - mundialın son günündə iki təmsilçimiz dayanq üzərinə çıxıb.


Həmidrza Bədriəliabadi 1/16 finalda Nouhum Diavaranı (Mali) 2:1 hesabı ilə məğlub edib. Taekvondoçumuz ikinci qarşılaşmasında fransalı Omar El Yazidini məğlub etsə də, 1/4 finalda türkiyəli rəqibi Əmrə Kutalmış Atəşli ilə bacarmayıb.


Səmərrux Osmanova 1/16 finalda Mariella Bou Habib (Livan) ilə üz-üzə gəlib. 1:2 hesabı ilə uduzan təmsilçimiz yarışla vidalaşıb.


Qeyd edək ki, 145 ölkədən 949 taekvondoçunun qatıldığı dünya çempionatında 13 nəfərlik heyətlə iştirak edən millimiz yarışı medalsız başa vurub.







Offside