8 dekabr 2023. Cümə

Azərbaycan Voleybol Federasiyasından gənc voleybolçulara dəstək


  • Offside
  • 22:11 04.06.2023
  • Oxunma sayı: 65
Azərbaycan Voleybol Federasiyasından gənc voleybolçulara dəstək

Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir.


Corner.az xəbər verir ki, bu işlər çərçivəsində türkiyəli mütəxəssis Şahin Çatma bu gün Şimal-Qərb bölgəsinə səfər edib. Səfərdə AVF-nin nümayəndələri də iştirak ediblər.


Ş.Çatma Qəbələ, Oğuz və Şəki rayonlarında voleybolla məşğul olan 15 yaşadək qızların seleksiya məşqini izləyib, əvvəlcədən müəyyən edilmiş kriteriyalara uyğun gələn voleybolçuların qeydiyyatını aparıb.


Sabah isə o, Gəncəyə yollanacaq.  Burada Gəncə və ətraf rayonlardan olan 15 yaşadək qızların məşqlərini izləyəcək, müvafiq qeydlərini aparacaq.


Qeyd edək ki, türkiyəli mütəxəssis dünən Bakının 138 saylı orta məktəbində təhsil alan voleybolla məşğul olan qızların məşqinə baxış keçirib.




Offside

“Xarı Bülbül” qalib gəldi
  • Offside
  • 00:36 08.12.2023
“Xarı Bülbül” qalib gəldi
Vinisiusdan şad xəbər
  • Offside
  • 23:24 07.12.2023
Vinisiusdan şad xəbər
“Traktor”dan qələbə
  • Offside
  • 21:25 07.12.2023
“Traktor”dan qələbə