26 oktyabr 2024. Şənbə

Əliyar Ağayev Avropa çempionatının final mərhələsinə təyinat aldı


  • Offside
  • 17:28 05.06.2023
  • Oxunma sayı: 102
Əliyar Ağayev Avropa çempionatının final mərhələsinə təyinat aldı
Azərbaycanın FIFA referisi Əliyev Ağayev 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatına təyinat alıb.

Corner.az xəbər verir ki, 36 yaşlı hakim Gürcüstanda keçiriləcək A və C qrupunun matçlarını idarə edəcək.

A qrupunda Gürcüstanla yanaşı, Portuqaliya, Niderland və Belçika, C qrupunda isə İngiltərə, Almaniya, Çexiya və İsrail yığmaları mübarizə aparacaqlar.

Qeyd edək ki, Avropa çempionatı 21 iyun-8 iyulda Gürcüstan və Rumıniyada təşkil olunacaq.






Offside