Qadınlardan ibarət milli komandanın lideri İrina Zaretska (-68 kq) dünya çempionatının finalına yüksəlib.
Corner.az Azvision.az-a istinadən xəbər verir ki, bir-birinin ardınca Feryal Abdeləzizə (Misir) 4:3, Dildor Annadurdiyevaya (Özbəkistan) 4:0, Elena Quiriçiyə (İsveçrə) 5:0, Miroslava Kopunovaya (Slovakiya) 4:0 və həmyerlisi Qalina Melnikə (Ukrayna) 1:1 hesabı ilə qalib gələn ukraynalı legionerin finalda rəqibi Viktoriya İsaeva (Rusiya) olacaq.
Həlledici görüş 10 noyabrda keçiriləcək.