Atletlərimiz Qran-Pridə iştirak edəcək.
Corner.az xəbər verir ki, 8-18 iyun tarixlərində Kubanın paytaxtı Havanada Beynəlxalq Ağır Atletika Federasiyasının Qran-Pri yarışı keçiriləcək. Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 72 ölkədən 409 atletin iştirak edəcəyi gözlənilir. Yarışda Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar. Heyət aşağıdakı kimidir:
Ömər Cavadov (73 kq), Əli Şükürlü və Dadaş Dadaşbəyli (hər ikisi - 102 kq).