22 oktyabr 2024. Çərşənbə axşamı

“Əziz Şuşa” beynəlxalq velosiped turnirində komanda sayı azaldıldı


  • Offside
  • 11:46 06.06.2023
  • Oxunma sayı: 78
“Əziz Şuşa” beynəlxalq velosiped turnirində komanda sayı azaldıldı
Əziz Şuşa” beynəlxalq velosiped turnirində komanda sayı azaldılıb.

Corner.az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped Federasiyasının (AVF) baş katibi Elnarə Musayeva Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı öncəsi keçirilən mətbuat konfransında məlumat verib.

AVF-nin baş katibi bildirib ki, bu, elit kişilər arasında keçiriləcək yarış sayılır. O, iki komandanın turnirdən imtina etdiyini vurğulayıb:
“Ruanda və İsveçrə komandası gələ bilmədi. Maliyyə ilə bağlı problemləri olduğu üçün imtina etdilər. Yarış beynəlxalq təqvimə salındığı üçün müəyyən qaydalar tətbiq ediləcək. Məsələn, baş hakimi Beynəlxalq Velosiped İttifaqı təyin edəcək”.

Mətbuat konfransında, həmçinin, yarışın direktoru Roland Hofer, marşrut üzrə direktor Elçin Qəhrəmanov, təhlükəsizlik üzrə menecer Vüqar Salahov, Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Ülviyyə Hacıyeva iştirak ediblər.






Offside