"Formula 1" rəhbərliyi yaxın gələcəkdə Cənubi Afrikada Qran-pri təşkil etmək planından imtina edib.
Corner.az xəbər verir ki, bu barədə "Racingnews365" nəşri məlumat yayıb.
Bildirilib ki, ölkənin Rusiya ilə siyasi cəhətdən sıx bağlı olması səbəbindən bu qərar qəbul edilib. Beləliklə, Belçika Qran-prisi ən azı daha bir il təqvimdə qalacaq.
Qeyd edək ki, sonuncu Cənubi Afrika Qran-prisi 1993-cü ildə gerçəkləşib. "Formula 1" rəhbərliyi ötən mövsüm Cənubi Afrikada yarışların təşkilini nəzərdən keçirib.