“Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber vətəndaşlığını dəyişib.
Corner.az xəbər verir ki, İsrailin U-21 millisinin sabiq kapitanı Fələstin vətəndaşlığı alıb. O, sözügedən ölkənin U-23 yığmasına çağırılıb. Futbolçu iyunda İndoneziya və Çinlə keçiriləcək yoldaşlıq oyunları üçün heyətə daxil edilib.
Qeyd edək ki, Ataa ötən ilin yayından "Neftçi"də oynayır.