- Offside
- 23:58 22.11.2024
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında 97 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Nurməhəmməd Hacıyev bu gün final görüşünə çıxa bilməyəcək.
Corner.az Azərbaycan Güləş Federasiyasının rəsmi "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, buna səbəb onun dünən yarımfinalda dizindən zədə almasıdır. Həkimlərin tövsiyəsinə əsasən, Hacıyev həlledici qarşılaşmaya çıxmayacaq. Bu isə o deməkdir ki, pəhləvanımız məcburiyyətdən gümüş medalla kifayətlənməli olacaq.
Qeyd edək ki, Hacıyev finalda rusiyalı güləşçi Abdulrəşid Sadullayevlə qarşılaşmalı idi.