8 dekabr 2023. Cümə

Şuşadakı basketbol turnirində qrupların tərkibi bilindi


  • Offside
  • 17:07 06.06.2023
  • Oxunma sayı: 53
Şuşadakı basketbol turnirində qrupların tərkibi bilindi
Dünya Qadın Seriyasında "Şuşa" mərhələsinin qrupları və oyun təqvimi müəyyənləşib. 

Corner.az xəbər verir ki, 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının "Şuşa" mərhələsində iştirak edəcək 8 komanda 2 qrupda mübarizə aparacaq.

A qrupu (Almaniya, Rumıniya, klub Neftçi, Türkiyə), B qrupu (Niderland, Macarıstan, Azərbaycan, klub G FLOU). Reqlamentə əsasən qruplarda birinci yeri tutmuş komandalar birbaşa 1/2 final mərhələsinə yüksələcəklər. Qruplarda ikinci və üçüncü sıranın sahibləri isə, bir-biriləri ilə çarpaz şəkildə 1/4 final mərhələsində üz-üzə gələcəklər.

"Şuşa" mərhələsinin açılış oyunu 12 iyun saat 13:00 -da Almaniya və Türkiyə seçmələri arasında baş tutacaq. Yığma komandamızın qrupdakı ilk oyunu saat 14:15 -də Macarıstan millisinə qarşı, "Neftçi" klubunun oyunu isə saat 13:50 -də Rumıniya seçməsinə qarşı olacaq. Qeyd edək ki, Dünya Qadın Seriyasında "Şuşa" mərhələsinin oyunları CBC Sport telekanalı vasitəsilə də canlı yayımlanacaq.



Offside

“Xarı Bülbül” qalib gəldi
  • Offside
  • 00:36 08.12.2023
“Xarı Bülbül” qalib gəldi
Vinisiusdan şad xəbər
  • Offside
  • 23:24 07.12.2023
Vinisiusdan şad xəbər
“Traktor”dan qələbə
  • Offside
  • 21:25 07.12.2023
“Traktor”dan qələbə