17 iyul 2024. Çərşənbə

Bu gün “Əziz Şuşa” beynəlxalq velosiped yarışı başlayacaq


  • Offside
  • 10:27 07.06.2023
  • Oxunma sayı: 90
Bu gün “Əziz Şuşa” beynəlxalq velosiped yarışı başlayacaq
Azərbaycan Velosiped Federasiyasının (AVF) Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı bu gün başlayacaq.

Corner.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı 5 mərhələli turnirə Veloparkda start veriləcək.

İlk mərhələdə velosipedçilər 150 km məsafə qət edərək Şamaxı rayonunda finiş xəttini keçəcəklər və günün qalibi mükafatlandırılacaq.

Qeyd edək ki, iyunun 11-dək davam edəcək turnirdə dünyanın 14 ölkəsindən 16 komandanın heyətində 100-dən çox velosipedçi mübarizə aparacaq. Yarış Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq imkanı verəcək.






Offside