Latviya millisinin sabiq futbolçusu Gints Freymanis xərçəng xəstəliyindən dünyasını dəyişib.
Corner.az xəbər verir ki, keçmiş müdafiəçi 40 yaşında vəfat edib.
2021-ci ildə Freymanisə melanoma diaqnozu qoyulmuşdu.
Qeyd edək ki, ölkəsində bir neçə komandanın formasını geyinmiş oyunçu 2014 - 2018-ci illərdə yığmada çıxış edib və bir qola imza atıb.