İspaniyalı motosikletçi Raul Torras Martines Böyük Britaniyanın Men adasında keçirilən Turist Trophy (TT) yarışı zamanı qəzaya düşüb.
Corner.az xəbər verir ki, nəticədə 46 yaşlı idmançı dünyasını dəyişib.
Qeyd edək ki, Turist Trophy turniri 1907-ci ildən təşkil olunur və təhlükəli motosiklet yarışlarından hesab edilir. Bu yarışlarda 260-dan çox idmançı vəfat edib.