“Turan Tovuz” 2023-24 mövsümünə hazırlığını davam etdirir.
Corner.az xəbər verir ki, rəhbərlik təkcə komandanın heyətinin formalaşması ilə kifayətlənmir, formadan tutmuş, stadiona qədər bütün sahələr üzrə mövsümün startına hazır olmağa çalışır.
Artıq bölgə təmsilçisinin növbəti mövsümdə hansı formalardan istifadə edəcəyi məlumdur. Ayxan Abbasovun kollektivi mövsüm ərzində 3 müxtəlif geyim dəstindən istifadə edəcək.
“Jako” ilə əməkdaşlığı davam etdirən klubun ağ, qırmızı və göy rənglərdən ibarət müxtəlif formaları olacaq. Göy rəngli forma komandanın sonuncu seçim variantıdı. Digər rənglər isə evdə və ya səfərdə çıxış etməkdən, eləcə də, rəqiblərdən asılı olacaq.