Çimərlik güləşi üzrə Azərbaycan millisinin iyunun 10-da Sinqapurda start götürəcək Dünya Seriyasının 2-ci mərhələsi üçün heyəti açıqlanıb.
Corner.az xəbər verir ki, 2 gün davam edəcək yarışda yığmanın 3 üzvü - Rübail İbrahimli (70 kq), İbrahim Yusubov (90 kq) və Oyan Nəzəriani (+90 kq) qüvvəsini sınayacaq.
İyunun 10-da güləşçilər öz qruplarında mübarizə aparacaqlar. Növbəti gün isə qrup mərhələsinin son turu, pley-off görüşləri və medallar uğrunda qarşılaşmalar baş tutacaq.
Qeyd edək ki, ilk görüşlər Bakı vaxtı ilə saat 06:00-da başlayacaq. Həlledici qarşılaşmalar isə iyunun 11-də saat 12:30-da start götürəcək.