İngiltərə 2023/24 mövsümü Avropa kuboklarında 7 yox, 8 komanda ilə təmsil olunacaq.
Corner.az xəbər verir ki, bu, “Vest Hem”in Konfrans Liqasının finalındakı qələbəsi sayəsində mümkün olub. Dünən keçirilən matçda onlar “Fiorentina”ya qalib gələrək (2:1) kuboka sahib olublar və yeni mövsümdə Avropa Liqasının qrupunda iştirak hüququ əldə ediblər.
“Vest Hem” İngiltərə Premyer Liqasında 14-cü yeri tutduğundan yerli çempionat yolu ilə avrokuboka vəsiqəni təmin edə bilməmişdi.
Beləliklə, yeni mövsümdən İngiltərənin Avropa kuboklarında 8 komandası iştirak edəcək. Bunlardan 4-ü - “Mançester Siti”, “Arsenal”, “Mançester Yunayted” və “Nyukasl” Çempionlar Liqasında (qrup), 3-ü - “Liverpul”, “Brayton” və “Vest Hem”Avropa Liqasında (qrup), 1-i - “Aston Villa” isə Konfrans Liqasında (təsnifat mərhələsi) iştirak edəcək.