27 noyabr 2024. Çərşənbə

Ronaldo futbol klubu sahibi olmaq istəyir


  • Offside
  • 10:10 08.06.2023
  • Oxunma sayı: 133
Ronaldo futbol klubu sahibi olmaq istəyir
Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo futbol klubu sahibi olmağa hazırlaşır.

Corner.az xəbər verir ki, bu barədə 38 yaşlı hücumçunun özü məlumat verib:
“Oynamağıma 2-3 il qalıb. Bu yaşda özünə qulluq etmək daha vacibdir. Futbol klubu almağı istisna etməzdim. Karyeramı başa vurduqdan sonra bunu etmək istərdim”.

Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabrından "Əl Nəsr"də çıxış edir. Portuqaliyalı hücumçu ilə klub arasında müqavilə 2025-ci ilə qədər nəzərdə tutulub. Ronaldo ötən mövsüm Səudiyyə Ərəbistanında 16 oyuna çıxıb, 14 qol vurub və 2 qolun ötürməsini verib.







Offside