18 dekabr 2025. Cümə axşamı

Bolqarıstan çempionu oldu, dünya rekorduna yaxınlaşdı


  • Offside
  • 10:14 08.06.2023
  • Oxunma sayı: 156
Bolqarıstan çempionu oldu, dünya rekorduna yaxınlaşdı
Ludoqorets” ardıcıl 12-ci dəfə Bolqarıstan çempionatının qalibi olub.

Corner.az xəbər verir ki, yüksək liqanın son turunda “Çerno More”ni səfərdə 1:0 hesabı ilə məğlub edən Razqrad təmsilçisi hazırda dünyanın ən uzun çempionluq seriyasına sahibdir.

İndi dünya rekordu üçün daha 3 çempionluq lazımdı. Hazırda rekord Vanuatuda ardıcıl 15 mövsüm qızıl medalları qazanan “Tafea” klubuna məxsusdur. Adıçəkilən komanda 1994-2009-cu illər aralığında çempionluğu heç kimə verməyib.

“Ludoqorets”in ümumilikdə 12 ölkə çempionluğu var. Bu, MOİK (31) və “Levski”dən (26) sonra ölkədə üçüncü nəticədir.

 






Offside