8 iyul 2026. Çərşənbə

Millimizin müdafiəçisi Cənubi Koreyada ayın oyunçusu seçilə bilər


  • Offside
  • 12:40 08.06.2023
  • Oxunma sayı: 158
Millimizin müdafiəçisi Cənubi Koreyada ayın oyunçusu seçilə bilər

Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk hazırda çıxış etdiyi Cənubi Koreyanın "Tedjon Xana Sitizen" komandasında may ayının ən yaxşı futbolçusu seçilə bilər.

Corner.az xəbər verir ki, 25 yaşlı müdafiəçi bu ada namizəd göstərilən üç oyunçudan biridir.

Qalib azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək.

Qeyd edək ki, Anton Krivotsyuk "Tedjon Xana Sitizen" komandasına bu ilin fevralında Polşanın "Visla" (Plotsk) klubundan keçib.







Offside