28 mart 2026. Şənbə

Qılıncoynatma üzrə millimizin Avropa çempionatı üçün heyəti açıqlandı


  • Offside
  • 13:42 08.06.2023
  • Oxunma sayı: 148
Qılıncoynatma üzrə millimizin Avropa çempionatı üçün heyəti açıqlandı
Qılıncoynatma üzrə Azərbaycan milli komandasının Bolqarıstanın Plovdiv şəhərində şəxsi yarışlar üzrə keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

Corner.az xəbər verir ki, qitə çempionatında ölkəni ümumilikdə 7 idmançı təmsil edəcək.

Qadın sablyaçıların şəxsi yarışında Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova Palina Kaspiaroviç mübarizə aparacaq.

Kişi şpaqaçıların şəxsi mübarizəsində isə Kənan Əliyev, Barat Quliyev və Ruslan Həsənov qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa çempionatı 16-19 iyunda keçiriləcək.






Offside