7 dekabr 2023. Cümə axşamı

“Əziz Şuşa” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi


  • Offside
  • 10:13 09.06.2023
  • Oxunma sayı: 49
“Əziz Şuşa” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı davam edir.

Corner.az xəbər verir ki, bu gün turnirin üçüncü mərhələsi keçiriləcək.

Velosipedçilər yenə Qəbələdən yarışa start verəcəklər. Ancaq bu dəfə finiş Gəncədə olacaq. 12 komandanın üzvləri 170 km məsafəni birinci qət etmək uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Bakıdan Şamaxıya qədər olan birinci mərhələni bolqarıstanlı Martin Papanov, Qəbələ-Şəki-Qəbələ marşrutunu əhatə edən ikinci mərhələni isə niderlandlı Luk Şurmans qazanıb.



Offside

Azərbaycan millisi yenə uduzdu
  • Offside
  • 16:05 07.12.2023
Azərbaycan millisi yenə uduzdu