28 mart 2026. Şənbə

Şəhriyar Məmmədyarov sonuncu görüşünü keçirəcək


  • Offside
  • 10:15 09.06.2023
  • Oxunma sayı: 165
Şəhriyar Məmmədyarov sonuncu görüşünü keçirəcək
Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti oyununu keçirəcək.

Corner.az xəbər verir ki, 38 yaşlı qrossmeyster sonuncu - IX turda Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gələcək.

Məmmədyarov ötən turda armageddonda norveçli Maqnus Karlsenə yenilib. O, hazırda 10 xalla səkkizinci pillədə qərarlaşıb.

Qeyd edək ki, reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.







Offside