"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Corner.az xəbər verir ki, sözügedən ölkənin iki klubundan 48 yaşlı mütəxəssisə dəvət gəlib.
Nəşr Rumıniyalı baş məşqçinin "ağ-qaralar"ı tərk edəcəyini bildirib. Onun Qətərdən də bir təklifinin olduğu vurğulanıb.
Qeyd edək ki, Laurentsiu Regekampfın “Neftçi” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.