- Offside
- 15:08 14.12.2025
Fransa Futbol Federasiyasının (FFF) yeni prezidenti müəyyənləşib.
Corner.az xəbər verir ki, bunadək müvəqqəti olaraq sözügedən vəzifəsini icra edən Filip Diallo qurumun rəhbəri kimi təsdiqlənib. Funksioner 2024-cü ilədək federasiyaya başçılıq edəcək.
Diallo Baş Assambleyasının bu gün keçirilən iclasında 91,26% səs toplayıb.
Qeyd edək ki, Fransa Futbol Federasiyasının keçmiş prezidenti Noel Le Qrey bu ilin əvvəlində istefaya göndərilib.