- Offside
- 14:32 27.03.2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik
yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı bu gün başa
çatacaq.
Corner.az xəbər verir ki, beşinci - sonuncu mərhələ Beyləqandan
Şuşaya doğru nəzərdə tutulub.
Velosipedçilər Beyləqan Rayon İcra Hakimiyyətinin
qarşısından Şuşa şəhərinin girişinə qədər 134,9 km məsafə qət edəcəklər.
Bununla da yarışın ümumi qalibi müəyyənləşəcək.
Qeyd edək ki, iyunun 7-də Bakıdan start götürən “Əziz Şuşa”
beynəlxalq velosiped yarışına hazırda italiyalı Emanuele Ansaloni liderlik
edir. Turnirin nəticələrinə əsasən, velosipedçilər Paris-2024 Yay Olimpiya
Oyunlarına lisenziya xalları qazana biləcəklər.