26 oktyabr 2024. Şənbə

"Bu finalın ssenarisi ulduzlarda yazılıb" - Qvardiola


  • Offside
  • 10:01 11.06.2023
  • Oxunma sayı: 111
"Bu finalın ssenarisi ulduzlarda yazılıb" - Qvardiola

UEFA Çempionlar Liqasının final matçı baş tutub.

 

Corner.az xəbər verir ki, həlledici görüşdə “Mançester Siti” və “İnter” qarşılaşıb.

 

Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya stadionunda keçirilən oyunda İngiltərə klubu 1:0 hesabı ilə qalib gəlib.

 

UEFA-nın rəsmi saytına danışan "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola qələbəni belə şərh edib:

 

"Bu finalın ssenarisi ulduzlarda yazılıb. Xoşbəxtəm. Amma eyni zamanda onlar da qol vura bilərdi, biz məğlub ola bilərdik. Özümüzdən çox razıyıq. Biz “qızıl het-trik” etdik. Bu, unikal nailiyyətdir. “İnter”i gözəl oyuna görə təbrik etmək istərdim. İndi nə hiss etdiklərini bilirəm. İki il əvvəl biz də eyni hissləri yaşamışdıq. Amma onlar Avropanın ikinci komandasıdır. Bu da böyük nailiyyətdir".

 

Qeyd edək ki, finalın taleyini həll edən qola 68-ci dəqiqədə Rodri imza atıb.







Offside