26 oktyabr 2024. Şənbə

"İnter"in baş məşqçisi: "Uduzmağa layiq deyildik"


  • Offside
  • 10:02 11.06.2023
  • Oxunma sayı: 120
"İnter"in baş məşqçisi: "Uduzmağa layiq deyildik"

UEFA Çempionlar Liqasının final matçı baş tutub.

 

Corner.az xəbər verir ki, həlledici görüşdə “Mançester Siti” və “İnter” qarşılaşıb. Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya stadionunda keçirilən oyunda İngiltərə klubu 1:0 hesabı ilə qalib gəlib.

 

UEFA-nın rəsmi saytına danışan "İnter"in baş məşqçisi Simone İndzaqi məğlubiyyəti belə şərh edib:

 

Bu gün gözəl oyun keçirdik. Uduzmağa layiq deyildik, amma “Mançester Siti” nəhəng komandadır. Azarkeşlər bizə fantastik dəstək göstərdilər. Bu, futboldur, belə məyusluqlar insanı böyüdür. Qol vura bilmədik, səhv qərarlar verdik, amma futbolçularımla fəxr edirəm. “Mançester Siti” Çempionlar Liqasını qazanmağa layiq idi. Xosep Qvardiolanı təbrik edirəm".

 

Qeyd edək ki, finalın taleyini həll edən qola 68-ci dəqiqədə Rodri imza atıb. 







Offside