14 dekabr 2025. Bazar günü

Bir nömrə titulunu qorudu


  • Offside
  • 10:58 11.06.2023
  • Oxunma sayı: 151
Bir nömrə titulunu qorudu

Polşalı tennisçi İqa Sventek Fransa Açıq çempionatının (Rolan Qarros) qalibi olub.

 

Corner.az xəbər verir ki, o, Parisdə keçirilən yarışların final matçında çexiyalı Karolina Muxovaya qalib gəlib.

 

Görüş 6:2, 5:7, 6:4 hesabı ilə dünya reytinq cədvəlində ilk sırada qərarlaşan polşalının xeyrinə başa çatıb.

 

Bununla da Sventek ardıcıl ikinci dəfə Rolan Qarrosu qazanıb. Onun turnirdə ümumilikdə üç qələbəsi var.

 

Qeyd edək ki, Polşa təmsilçisi dörd "Böyük Dəbilqə" turnirinin qalibi olub. O, 2022-ci ildə ABŞ Açıq çempionatını da qazanıb







Offside