27 iyun 2026. Şənbə

Azərbaycan II Avropa Oyunlarında 17-ci medalını qazandı


  • Offside
  • 17:58 28.06.2019
  • Oxunma sayı: 620
Azərbaycan II Avropa Oyunlarında 17-ci medalını qazandı

Azərbaycan boksçusu Lorenzo Sotomayor "Minsk 2019" II Avropa Oyunlarını bürünc medalla başa vurub.

Corner.az-ın məlumatına görə, 69 kq çəki dərəcəsində mübarizə aparan olimpiya mükafatçısı yarımfinalda Böyük Britaniya təmsilçisi Pat Makkormaka uduzduğu üçün “bürünc”lə kifayətlənməli olub. O, rəqibinə nokautla yenilib.

Bu, Azərbaycanın II Avropa Oyunlarında 17-ci medalıdır (2 qızıl, 5 gümüş, 10 bürünc).

Qeyd edək ki, bir qədər sonra Azərbaycanın digər boksçusu Alfonso Dominqes (81 kq) yarımfinal görüşünə çıxacaq. O, italiyalı Fiori Simone ilə döyüşəcək.(report)







Offside