- Offside
- 22:48 26.11.2024
Cənubi Koreya çempionatında 18-ci turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi
Anton Krivotsyukun komandası “Daejeon” doğma meydanda “Qvanqju” ilə qarşılaşıb.
Futbolçumuzun komandası oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə
meydana çıxıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, “Daejeon” hazırda 26 xalla 6-cı pillədə qərarlaşıb.
"Deajeon" - "Qvanqju" - 1:1
Qollar: İnq Qyun Jim, 90+3 - Hu-Yeon Yonq, 41