- Offside
- 22:48 26.11.2024
"UFC 289"da qadınlar arasında ən yüngül çəki üzrə
çempionatda braziliyalı Amanda Nunes qalib gələrək karyerasını başa vurduğunu
elan edib.
Corner.az xarici KİV-ə istinadən xəbər verir ki, Vankuverdə
keçirilən döyüşdə Nunes meksikalı İrene Aldana üzərində qələbə qazanıb.
Qeyd edək ki, braziliyalı 35 yaşlı döyüşçü ən yüngül çəkidə
dəfələrlə UFC çempionu olub. O, ilk kəmərini 2016-cı ildə əldə edib. Ümumilikdə
Nunesin aktivində 23 qələbə və 5 məğlubiyyət var.