- Offside
- 22:48 26.11.2024
Sloveniyanın Podçetrtek şəhərində cüdo üzrə usta cüdoçular
arasında Avropa çempionatının fərdi yarışlarına yekun vurulub.
Corner.az xəbər verir ki, 8-10 iyunda keçirilən çempionatda
Azərbaycan cüdoçuları 7 yaş kateqoriyası üzrə 36 idmançı ilə təmsil olunub.
Veteranlardan ibarət komandamıza baş məşqçi Fərhad Rəcəbli rəhbərlik edib.
Fərdi yarışların sonuncu günündə M1 və M2 yaş kateqoriyası
üzrə 12 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. M1 yaş kateqoriyası üzrə
-66 kq. çəkidə Rəşid Şəmizadə və M2 yaş kateqoriyası üzrə +100 kq. çəkidə Vasif
İbrahimov gümüş medala sahib olub. M1 yaş kateqoriyası üzrə +100 kq. çəkidə
Qurban Məmmədli, M2 yaş kateqoriyası üzrə -66 kq. çəkidə Vüqar Babayev və +100
kq. çəkidə Ruslan Əliyev bürünc medal qazanıblar.
İdmançılarımız yarışda ümumilikdə 4 qızıl, 2 gümüş və 5
bürünc medal əldə edib. Veteranlarımız çempionatı ümumi hesabda 7-ci, kişilər
arasında isə 5-ci yerdə başa vurub.