26 oktyabr 2024. Şənbə

Jorjinyo vətəninə qayıdır


  • Offside
  • 12:29 11.06.2023
  • Oxunma sayı: 160
Jorjinyo vətəninə qayıdır

"Arsenal"ın futbolçusu Jorjinyo karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

 

Corner.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" yayıb.

 

Xəbərə görə, 31 yaşlı italiyalı yarımmüdafiəçi "Latsio"nun maraq dairəsindədir.

 

Roma klubunun baş məşqçisi Mauritsio Sarri Jorjinyonu "Napoli"də çalışdığı vaxtlardan tanıyır. Futbolçunu bəyənən 64 yaşlı mütəxəssis bu yay onu komandasında görmək istəyir.

 

Qeyd edək ki, İtaliya millisinin üzvü "Arsenal"a "Çelsi"dən keçib. 2018-ci ildən "zadəganlar"ın şərəfini qoruyan Jorjinyo 2023-cü ildə "topçular"ın heyətinə qoşulub və cəmi 14 oyunda forma geyinmək şansı qazanıb.







Offside