- Offside
- 21:04 09.12.2024
Türkiyə mətbuatında Azərbaycan millisinin hücumçusu Mahir
Emreli ilə bağlı yeni məlumat yayılıb.
Corner.az xəbər verir ki, Konyada nəşr olunan “Anadoluda
bugün” nəşri M.Emrelinin “Konyaspor”dan ayrılması ilə bağlı xəbər dərc edib. Məlumatda
xatırladılıb ki, M.Emreli bu ilin qışında “Dinamo” Zaqrebdən icarə qaydasında
“Konyaspor”a keçib. Onun müqaviləsində icarə müddəti başa çatdıqdan sonra
futbolçunun birdəfəlik transfer edilə biləcəyinə dair bənd də olub. Həmin bəndə
əsasən, “Konyaspor” 1 milyon avro qarşılığında Emrelini ala bilər. Lakin qəzetin
yazdığına görə, “Konyaspor” bu məbləği ödəmək fikrində deyil.
Daha öncə verdiyi müsahibədə futbolçu özü yeni mövsümdə də
"Konyaspor"da oynamaq istəyini gizlətməyib.
Xatırladaq ki, M.Emreli bugünlərdə “Konyaspor”dan
vidaşlaşıb. Onun karyerasını harada davam etdirəcəyi hələlik məlum deyil.
M.Emreli Türkiyə superliqasında 12 oyun keçirib, 2 qol
vurub.