- Offside
- 22:48 26.11.2024
Ötən gün UEFA Çempionlar Liqasının finalında “Mançester
Siti” “İnter”i 1:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Corner.az xəbər verir ki, BBC-yə danışan "Mançester
Siti"nin ulduz futbolçusu Erlinq Holand matçı və baş məşqçisi Xosep
Qvardiola ilə münasibətlərini dəyərləndirib:
"Qvardiola ilə işləmək həqiqətən xüsusi bir şeydir.
Bizim yaxşı münasibətimiz var və mən daha da inkişaf etmək üçün gələn mövsümü səbirsizliklə
gözləyirəm. Hələ gəncəm. Qarşıda çox illərim var. Hər gün onunla, dünyanın ən
yaxşı məşqçisi ilə məşq etmək əladır. Yaxşı yerdəyəm. Gələn mövsüm bu il
qazandığımızı qoruyub saxlamalıyıq. Bir ay sonra hər şey unudulacaq və biz
yenidən başlamalı olacağıq".
Qeyd edək ki, Türkiyənin İstanbul şəhərindəki Atatürk
Olimpiya stadionunda keçirilən oyunda finalın taleyini həll edən qola 68-ci dəqiqədə
Rodri imza atıb.
Xatırladaq ki, 22 yaşlı norveçli hücumçu Çempionlar
Liqasının 2022-2023-cü illər mövsümünün ən yaxşı bombardiri olub. O, turnirdə
11 matçda 12 qola imza atıb.