- Offside
- 22:48 26.11.2024
UEFA Çempionlar Liqasının final matçı baş tutub.
Corner.az xəbər verir ki, həlledici görüşdə “Mançester Siti”
və “İnter” qarşılaşıb.
Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya stadionunda
keçirilən oyunda İngiltərə klubu 1:0 hesabı ilə qalib gəlib.
"BT Sport"a danışan "Mançester Siti"nin
kapitan İlkay Gündoğan qələbəni belə şərh edib:
"İnanılmaz. Sözlə ifadə etmək çətindir. Bu gün tarix
yazdıq. Hər iki komanda üçün çətin matç oldu. İlk hissədə yaxşı formada
deyildik, tərəddüd etdik. Anladıq ki, ikinci hissədə daha yaxşı oynamalıyıq. Bəxtimiz
gətirdi ki, üstünlük bizim tərəfə keçdi".
Qeyd edək ki, finalın taleyini həll edən qola 68-ci dəqiqədə
Rodri imza atıb.