26 oktyabr 2024. Şənbə

Millimiz yoxlama oyununda qələbə qazanıb


  • Offside
  • 15:41 11.06.2023
  • Oxunma sayı: 137
Millimiz yoxlama oyununda qələbə qazanıb

“Avro-2024”ün seçmə mərhələsi çərçivəsində Estoniya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası yoxlama oyunu keçirib.


Corner.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda 21 yaşadək futbolçulardan ibarət milli komanda ilə qarşılaşan yığmamız 5:2 hesablı qələbə qazanıb.


Mahir Həsənovun avtoqol müəllifi olduğu oyunda millimizin digər qollarını Mahir Emreli, Filip Ozobiç, Musa Qurbanlı və Toral Bayramov vurublar. U-21-in heyətində isə Elçin Qasımov və Ağadadaş Salyanski fərqləniblər.


Qeyd edək ki, Azərbaycan–Estoniya matçı iyunun 17-də “Dalğa Arena”da keçiriləcək.







Offside