- Offside
- 23:32 05.12.2023
Argentina millisinin kapitanı Lionel Messi Çinin paytaxtı
Pekin hava limanında saxlanılıb.
Corner.az xarici KİV-lərə istinadən xəbər verir ki, milli
komanadanın Avstraliya ilə yoxlama oyunu üçün Pekinə yollanan Messinin
pasportunda problem aşkarlanıb.
O, İspaniya pasportu ilə
yoxlanışdan keçmək istəyib. Lakin futbolçuya bildirilib ki, İspaniya vətəndaşlarının
Çinə gəlişi üçün viza tələb olunur. Dil manesi hava limanında problemi həll etməyi
bir qədər çətinləşdirib. Ancaq sonradan "İnter Mayami"nin yeni
transferi sürətləndirilmiş viza ala bilib.
Qeyd edək ki, Avstraliya ilə Argentina arasında görüş iyunun
15-də keçiriləcək.