- Offside
- 23:30 04.12.2025
Azərbaycanın daha bir qadın güləşçisi "Minsk 2019" II Avropa Oyunlarında medal qazanıb.
Corner.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində yarışan Alyona Kolesnik bürünc medal uğrunda görüşdə Gün Bediha (Türkiyə) ilə qarşılaşıb. 9:4 hesabı ilə rəqibini məğlub edən idmançımızbürünc medala sahib olub.
Qeyd edək ki, bu gün Mariya Stadnik (50 kq) də qızıl medal qazanıb.