“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne növbəti mövsümün startını buraxa bilər.
Corner.az xəbər verir ki, belçikalı futbolçuya 3-cü dərəcəli sümük yırtığı diaqnozu qoyulub.
Bu isə o deməkdir ki, yarımmüdafiəçi zədəsini sağaltmaq üçün 2-3 ay gözləməlidir.
İngiltərədə çempionat avqustun əvvəllərində başlayacaq, Kevin isə yalnız bir neçə turdan sonra komandaya qoşula biləcək. Belə olan halda, Belçika millisinin lideri Azərbaycana gələ bilməyəcək.
Belə ki, Belçika 2024-cü il Avropa çempionatının seçmə mərhələsində sentyabrın 9-da millimizin qonağı olacaq. Yarımmüdafiəçinin həmin oyuna qədər hazır olmayacağı ehtimal edilir.
Qeyd edək ki, Bruyne Çempionlar Liqasının finalında “İnter”lə oyunun 36-cı dəqiqəsində zədələndiyi üçün əvəzlənmişdi.