26 oktyabr 2024. Şənbə

Neftçi Şuşada ilk qələbəsini qazandı


  • Offside
  • 13:52 12.06.2023
  • Oxunma sayı: 121
Neftçi Şuşada ilk qələbəsini qazandı
12 iyun Dünya Qadın Seriyasının Şuşa mərhələsində qrup oyunları start götürüb.

Federasiyadan Corner.az-a verilən məlumata görə, turnirin açılış oyununda Azərbaycan Respublikası Gənclər və İdman Naziri Fərid Qayıbov, onun müavini Mariana Vasileva, Qarabağ futbol klubunun baş məşqçisi Qurban Qurbanov və bir sıra qonaqlar iştirak ediblər.


Açılış oyunu Almaniya və Türkiyə milliləri arasında baş tutub. Bu görüşdə Almaniya millisi 17-9 hesablı qələbə qazanıb. B qrupunda isə Niderland, "G FLOU" (Yaponiya) klubunu 15-9 hesabı ilə məğlub edib. A qrupunda qərarlaşan "Neftçi" klubu, Rumıniya millisinə qarşı gərgin oyunun yekununda meydançadan 20-11 hesabı ilə qalib ayrılıb. B qrupunda ilk oyununu keçirən qadın milli komandamız isə, macarlarla oyunda 21-6 hesablı məğlubiyyətlə üzləşib.






Offside