26 oktyabr 2024. Şənbə

Berluskoni vəfat etdi


  • Offside
  • 15:00 12.06.2023
  • Oxunma sayı: 77
Berluskoni vəfat etdi

İtaliyanın sabiq baş naziri, "Montsa" klubunun sahibi Silvio Berluskoni vəfat edib.

Corner.Az "Corriere della Sera"ya istinadən xəbər verir ki, 86 yaşlı italiyalı iş adamı bu gün dünyasını dəyişib.

Apreldə Berluskoninin leykoz xəstəliyindən (ağ qan kürəciklərinin çoxalması) əziyyət çəkdiyi barədə məlumatlar yayılmışdı. Eləcə də sözügedən şəxsin ürək-damar problemi yaşadığı, nəfəs darlığından şikayətçi olduğu bildirilmişdi. 

Xatırladaq ki, Berluskoni 1986-2018-ci illər aralığında "Milan"ın sahibi olub. 2018-ci ildə "Montsa"nı alan siyasətçi "İrəli, İtaliya" partiyasının lideri idi. 







Offside