7 iyul 2026. Çərşənbə axşamı

Gimnastlarımız qızıl medal qazandılar


  • Offside
  • 17:12 12.06.2023
  • Oxunma sayı: 212
Gimnastlarımız qızıl medal qazandılar
Azərbaycanın akrobatika gimnastikası üzrə yığma komandasının üzvləri Polşanın Jeşuv şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıblar.

Corner.az xəbər verir ki, Ağasif Rəhimov Raziyə Seyidlidən ibarət qarışıq cütlük çoxnövçülük proqramında yarışın qalibi olublar.

Nizam Xamidulin və Milana Əliyevadan ibarət qarışıq cütlük, həmçinin, Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən təşkil edilən qadın qrupu isə eyni şəhərdə baş tutan beynəlxalq turnirdə çoxnövçülük proqramında qızıl medallara sahib çıxıblar.








Offside